Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 43 milyonu  keçib.

1537342
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 43 milyonu  keçib.
Xorvatiyada  koronavirusdan ölәnlәrin sayı 1786-ya, infeksiyaya yoluxanların sayı da 128 min 442-yә çatıb. Mәlumata görә, Xorvatiya Baş naziri Andrej Plenkoviç vә  hәyat yoldaşı Ana Plenkoviç dә koronavirusa yoluxublar.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 270 mini, infeksiyaya yoluxanların sayı da 13 milyonu keçib.

İngiltərədə koronavirus qurbanlarının sayı 24 saat ərzində  205 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə, insan itkisi 58 min 448-ə yüksəlib. 12 min 330 yeni yoluxma hadisəsi infeksiyaya yoluxanların sayı bir milyon 629  min 657 olub.

Fransada epidemiya qurbanlarının sayı  gün әrzindә 408 artaraq 52 min 731-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 222 min 488-ә  çatıb.

İtaliyada koronavirus qurbanlarının sayı 55 min 576-ya, infeksiyaya yoluxanların sayı da bir milyon 601 min 554-ә çatıb.
Hollandiyada koronavirusdan ölәnlәrin sayı 9 mini, virusa yoluxanların sayı da 500 mini keçib.

Kanadada koronavirusdan ölәnlәrin sayı 12 min 84-ә, epidemiyaya yoluxanların sayı da 375 min 737-yә çatıb.
 



Әlaqәli Xәbәrlәr