Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 43 milyonu  keçib.

1536581
Dünyada koronavirusla bağlı son vәziyyәt

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 43 milyonu  keçib.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 198 artaraq 52 min 325-ә, infeksiyaya yoluxanların sayı  9 min 748 artaraq 2 milyon 218 min 483-ә yüksәlib.

Çexiyada yeni növ koronavirus epidemiyasından vәfat edәnlәrin sayı gün әrzindә 87 artaraq 8 min 54-ә, virusa yoluxanların sayı da 2 min 665 artaraq 518 min 649-a çatıb. Ölkәdә dekabrın 3-dәn etibarәn xidmәt sektoru daxil olmaqla bütün iş yerlәri, restoranlar açılacaq.

İngiltәrәdә koronavirusdan vәfat edәnlәrin sayı 52 min 245-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı gün әrzindә 12 min 155 artaraq 1 milyon 617 mini keçib.

İtaliyada koronavirus qurbanların sayı 54 min 904-ә çatıb. Ölkәdә virusa yoluxanların sayı gün әrzindә 20 min artaraq 1 milyon 585 min 178-ә yüksәlib.
Xorvatiyada  koronavirusdan ölәnlәrin sayı 1712-ә, infeksiyaya yoluxanların sayı da 126 min 612-yә çatıb. Mәlumata görә, Xorvatiya Baş naziri Andrej Plenkoviçin hәyat yoldaşı Ana Plenkoviç dә koronavirusa yoluxub.



Әlaqәli Xәbәrlәr