Dünyanın ən yoxsul insanları haralardadır?

Dünya əhalisinin 23 faizi olan 1,3 milyard insan yoxsulluq içində yaşayır.

1289827
Dünyanın ən yoxsul insanları haralardadır?

  Dünya əhalisinin 23 faizi olan 1,3 milyard insan yoxsulluq içində yaşayır.

  Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən toplanan məlumatlara görə, dünyadaki yoxsul əhalinin yarısı 18, üçdə biri isə 10 yaşdan aşağı uşaqlardan ibarətdir.  

  17 Oktyabr Ümumdünya Yoxsulluqla Mübarizə Günü çərçivəsində BMT keçirilən müxtəlif tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini bir daha bu məsələyə yönəldib.

  Dünyada yoxsulluğun azalma sürətində son illər yavaşıma müşahidə edilib. Müharibə və qıtlıq kimi böhranların yaşandığı Afrika ölkələri yoxsulluqdan başı çəkən yerlərdir.

  Ən yoxsul ölkələrin sıralaması aşağıdakı kimidir:

  1. Liberiyada adambaşına illik gəllir 710 dollar,
  2. Orta Afrika Respublikası 730 dollar,
  3. Burundi 770 dollar,
  4. Konqo Demokratik Respublikası 870 dollar,
  5. Nigeriya 990 dollar,
  6. Malavi 1180 dollar,
  7. Mozambik 1200 dollar,
  8. Sierra Leone 1480 dollar,
  9. Madaqaskar 1510 dollar,
  10. Qəmər adalarında isə 1570 dollardır.

  Bu arada yoxsulluğu 2030-cu ilə qədər tamamilə sona çatdırmaq məqsədiylə işlər görən Dünya Bankının ötən il dərc etdiyi "Qlobal yoxsulluğu bitirmək" adlı hesabatına görə, dünyada ifrat yoxsulluq səviyyəsi 2015-ci ildə 11-dən 10 faizə enib.

  Ümumilikdə isə qeyri-kafi bəslənən insan sayı artmaqdadır. Dünya üzrə 820 milyondan artıq adam, yəni 9 nəfərdən biri aclıqla mübarizə aparır.  



Әlaqәli Xәbәrlәr