Әfqanıstanda hәrbi helikopter qәzaya uğrayıb

Məlumatı Hərbi Hava Qüvvələrinin əyalətdəki sözçüsü Məhəmməd Hənif Rzai bildirib.

1289185
Әfqanıstanda hәrbi helikopter qәzaya uğrayıb

 

Əfqanıstanın şimalındakı Mәzari Şərif şəhərində hərbi helikopterin  qəzaya uğraması nəticəsində 1 pilot və 6 əsgər hәlak oldu.

Məlumatı Hərbi Hava Qüvvələrinin əyalətdəki sözçüsü Məhəmməd Hənif Rzai bildirib.

Onun sözlərinə görə, “Mİ17” tipli helikopter Əfqanıstanın Məzari-Şərif əyalətinin Dorahi Hayratyan rayonundan havaya qalxandan sonra yerə düşüb.

O bildirib ki, qəza nəticəsində 1 pilot, 6 hərbçi ölüb.

M.H.Rzai helikopterin texniki nasazlıq nəticəsində qəzaya uğradığının ehtimal olunduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr