Əfqanıstanda NATO konvoyuna hücum olub
Əfqanıstanın Loqar vilayətində NATO konvoyuna qarşı minalanmış maşınla edilən hücum nəticəsində bir uşaq həyatını itirib.
1273373
Əfqanıstanın Loqar vilayətində NATO konvoyuna qarşı minalanmış maşınla edilən hücum nəticəsində bir uşaq həyatını itirib.
Loqar valisi Məhəmməd Enver İshaqzey mətbuata verdiyi açıqlamada Puli Aləm şəhərində NATO konvoyuna minalanmış maşınla hücum edildiyini söylədi.
Hücumda bölgədəki bir uşağın həyatını itirdiyini ifadə edən İzhaqzey mülki şəxslərdən birinin də yaralandığını bildirib.
İshaqzey hücumda NATO əsgərlərinin xəsarət almadığını qeyd edib.
Hücumun məsuliyyətini üzərinə götürən Taliban isə 8 Amerikan əsgərinin öldüyünü irəli sürüb.
NATO mövzuyla əlaqədar hələ də açıqlama verməyib.