Fransada güclü zәlzәlә baş verib, xәsarәt alanlar var

Bu barәdә Fransa Seysmoloji Xidmәti mәlumat verib.

1304354
Fransada güclü zәlzәlә baş verib, xәsarәt alanlar var

 

Fransanın cәnub-şәrqindәki Montelimar şәhәri yaxınlığında 5,4 bal gücündә zәlzәlә baş verib.

Bu barәdә Fransa Seysmoloji Xidmәti mәlumat verib. Mәlumatda Montelimar şәhәri yaxınlığında baş verәn zәlzәlәnin 5,4 bal gücündә olduğu qeyd edilib.

Zәlzәlәnin Lion, Montpellier, Sant-Etienne, Qrenoble, Aviqnon vә Marsilya  şәhәrlәrindә dә hiss edildiyi bildirilib.

Ardeçe Valiliyindәn verilәn açıqlamada bildirilib ki, Teil şәhәrindә dә hiss edilәn zәlzәlә nәticәsindә üç nәfәr xәsarәt alıb.

Açıqlamada hәmçinin Teil şәhәrindәki bәzi tikililәrә ziyan dәydiyi bildirilib.  Şәhәr sakinlәrinә evlәrini tәrk etmәlәri vә müvәqqәti düşәrgәlәrә sığınmaları ilә bağlı çağırış edilib.



Әlaqәli Xәbәrlәr