Fransanın Səhradakı əməlləri toz buludu ilə üstünə gəlir

Toz buludu bir çox Fransa şəhərini sarıya boyayıb və radyoaktif qalıqları da özü ilə yayıb

1592142
Fransanın Səhradakı əməlləri toz buludu ilə üstünə gəlir

 

  Səhra çölündən fevralın əvvəllərindən Fransaya gedən toz buludu 1960-cı ildə Səhrada Fransa tərəfindən reallaşdırılan nüvə sınağından qalan sezium-137 (Caesium 137) radyoaktif qalıqlarını ölkəyə gətirir.

  Toz buludu bir çox Fransa şəhərini sarıya boyayıb və radyoaktif qalıqları da özü ilə yayıb.

  Fransa alimləri toz buludunun Yura (Jura) dağlarında radyoaktif qalıqlar buraxdığını bildirib. Məlumata görə, sezium-137 kimyəvi elementi ötən əsrin 60-cı illərinin əvvəllərində Fransanın Səhra çölündə apardığı nüvə sınağından qalıb.

  Toz buludu qalıqları Kan (Caen) Universitetində radiologiya mütəxəssisi Pyer Barbi (Pierre Barbey) tərəfindən araşdırılıb. Səhra çölündən gedən toz dumanı qumlarında apardıqları araşdırma nəticəsində sezium-137 elementini müəyyən etdiklərini açıqlayan Barbi eyni həmin maddənin 2011-ci ildə Yaponiyanın Fukuşima şəhərində meydana gələn nüvə stansiya qəzasında da atmosferə yayıldığını söyləyib.

  Qeyd edək ki, Fransa Səhra çölündə ilk dəfə 13 fevral 1960-cı ildə nüvə sınağı keçirib. Daha sonra bir çox nüvə sınaqları reallaşdırıb.

  20-ci əsrin 60-cı illərində Fransanın atom sınaqları Hirosima partlayışından 3-4 dəfə aqatı olub. Xüsusilə Əl-Cəzairdə radioaktivlik həm xalqın sağlamlığına təsir edib, həm də bölgədə çirklilik yaradıb ki, bu, hələ də davam edir.



Әlaqәli Xәbәrlәr