Hindlilər Babri məscidilə bağlı həbs edildilər

Hindistanda sosial mediada Babri məscidi ilə  bağlı təxribatçı ifadələrdən istifadə edən 37 nəfər həbs edildi.

1303923
Hindlilər Babri məscidilə bağlı həbs edildilər

Uttar Pradeş Əlayətinin polis idarəsindən yayılan məlumata görə Babri məscidi ərazisi ilə bağlı məhkəmə  işində   Hinduların lehinə  qərar qəbul edildikdən sonra  sosial mediada  təhrikedici  açıqlamaların əks etməmi və ya bəzi bölgələrdə  qeyd mərasimlərinin  keçirilməsi  səbəbindən 37 nəfər  tutuldu.

Hindistan Ali Məhkəməsinin Babri məscidi  ərazisi ilə  bağlı Hinduların lehinə  qəbul etdiyi qərar ilə  məbəd  inşa  edilmək  üzrə  Hindlilərə  verilən  ərazi qarşılığında  müsəlmanlara başqa bir yerdə  5 hektarlıq  torpa  timin edilməsinə  hökm edildi.

Qeyd edək ki, Hindular  məscidin XVI əsrdə Kral Ramanın xatirəsinə  titilmiş məbədin dağıntıları üstündə tikildiyini  irəli  sürərək ilk dəfə 1853-cü ildə  məhkəmə işi  qaldırsalar da  dövrün İngilis müstəmləkə hakimi  iddianı rəd etdi. 1992-ci ilin dekabrında Hinduların Moğol İmperiyası dövründə tikilən Babri məscidini sökmələrinə  müsəlmanların etirazı ilə başlayan hadisilər  nəticəsində  2000 qədər  insan həyatını itirdi.  



Әlaqәli Xәbәrlәr