İkinci dalğa çəyirtkə basqını gözlənilir

Dünyada yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə davam edərkən çəyirtkə sürüləri zəbt etdikləri ölkələrdə yeni təhdid meydana gətirib

1426307
İkinci dalğa çəyirtkə basqını gözlənilir

 

  Qərbi Afrika və Afrika Buynuzu ölkələrində iyun ayından ikinci dalğa çəyirtkə basqını gözlənilir.

  Dünyada yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə davam edərkən çəyirtkə sürüləri zəbt etdikləri ölkələrdə yeni təhdid meydana gətirib. Bu ilin ilk aylarında Şərqi Afrika, Ərəb yarımadası və Körfəz ölkələrində təsirli olan səhra (çöl) çəyirtkələri indi də Pakistan, Hindistan və Rusiyaya yayılmaqdadır.

  Bir neçə ay əvvəl Şərqi Afrika və Afrika Buynuzu ölkələrində görünən və 20 milyon adamı qida təhlükəsi ilə qarşı-qarşıya qoyan çəyirtkə sürülərinin qitəni ikinci dəfə vura biləcəyi söylənilir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Əkinçilik Qurumunun (FAO) etdiyi şərhdə son təxminlərə görə iyun ayından Qərbi Afrikada ikinci dalğa çəyirtkə basqınına dair xəbərdarlıq edilib. Çəyirtkə sürüsü təhdidlərinə qarşı Burkina Faso, Çad, Mali, Mavritaniya, Niger və Seneqalda əlaqədar idarələr səfərbər olunacaq.



Әlaqәli Xәbәrlәr