İndoneziyada körpü çökdü, 7 nəfər öldü

İndoneziyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində körpü uçdu.

1343787
İndoneziyada körpü çökdü, 7 nəfər öldü

 

  Metro TV kanalının xəbərinə görə, Hadisə Benqulu əyalətinin Kaur bölgəsində qeydə alınıb. Körpünün uçduğu əsnada üzərində 20-dən çox adam olub. Onlardan 7-si həyatını itirib. 3-ü itib.

  Meteorologiya, İqlim və Geofizika qurumu ölkənin 23 əyalətinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib. Qeyri- sabit hava şəraitinin Yanvarın 23-dək davam edəcəyi bildirilib.

 



Әlaqәli Xәbәrlәr