"İnsan hüquqları bütün dünyada taptalanır. Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib

Baş katib Quterres ümumdünya insan hüquqları bəyannaməsinin qəbulunun 70-ci il dönümü münasibətiylə bəyanat yayıb.

1104497
"İnsan hüquqları bütün dünyada taptalanır. Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib

O bildirib ki, bəyannamə 70 ildir, ləyaqət, bərabər hüquqluluq və xoşbəxtlik üçün ümid mənbəyi oldu.

İnanc, irq və mövqeyindən asılı olmayaraq bəyannamədə zikr olunan hüquq pirinsiplərindən hər kəsin istifadə etməsinin zəruri olduğunu ifadə edən Quterres insan hüquqlarının universal, əbədi olduğuna diqqət çəkib.

Nifrət, irqçilik, dözümsüzlük və zülmün artdığı bir dövrdə həyatları təhlükə altında olan insan hüquqları müdafiəçilərini də andığını ifadə edən Quterres, İnsan hüquqlarının ümumdünyada taptalandığını, universal dəyərlərin pozulduğunu, hüqquq normlarının tətbiqinin zəiflədiyini, İnsan hüquqlarından müdafiədən imtina edilməməsinin zərurət olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr