İspaniya korona virusuyla mübarizədə "stabilləşmə fazası"na daxil oldu

İspaniyanın səhiyyə naziri Salvador İlla bildirib

1389257
İspaniya korona virusuyla mübarizədə "stabilləşmə fazası"na daxil oldu

 

  İspaniyanın səhiyyə naziri Salvador İlla ölkənin "Covid-19" pandemiyası ilə mübarizədə "stabilləşmə fazası"na daxil olduqlarını təsdiqləyib. Nazir son göstəriciləri sadalayaraq martın 15-dən 25-dək olan dövrdə təsdiqlənmiş yoluxma hallarının gündəlik artımının 20 faiz təşkil etdiyini və hazırda 12 faizə bərabər olduğunu vurğulayıb, "Görülən tədbirlər öz nəticəsini verir və bu həftənin hədəfi azaltmanı davam etdirməkdir" deyə bildirib.

  Qeyd edək ki, indiyədək İspaniyada 94.417 nəfər "Covid-19" virusuna yoluxub, 19.259 nəfər bu xəstəlikdən sağalıb, 8.189 nəfər isə yoluxma nəticəsində dünyasını dəyişib.

 

Mənbə: Azertag.az



Әlaqәli Xәbәrlәr