İsrail Qəzzada iki hədəfi vurdu

İsrailin işğal altında saxladığı Qəzzada “Həmas”ın bölgəyə nəzarət edən hərbi qanadı “İzzəddin əl Kassam Briqadaları” qruplaşmasına məxsus iki keşikçi qülləsi top hücumuna məruz qalıb.

1147084
İsrail Qəzzada iki hədəfi vurdu

İsrailin işğal altında saxladığı Qəzzada “Həmas”ın bölgəyə nəzarət edən hərbi qanadı “İzzəddin əl Kassam Briqadaları” qruplaşmasına məxsus iki keşikçi qülləsi top hücumuna məruz qalıb.

İsrailə məxsus topçu hissələri birincisi Qəzzanın şimalındakı Beyt Xanun bölgəsinin şərqi, ikincisi Cəbaliyyə bölgəsinin şərqində yerləşən “İzzəddin əl Kassam Briqadaları” qruplaşmasına məxsus iki keşikçi qülləsinə hücum edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən hücumda ölən yaxud yaralanan olub olmadığına dair hər hansı məlumat yayılmayıb.

İsrail ordusunun açıqlamasına görə isə Qəzzanın şimalındakı “Böyük qayıdış yürüşü” nümayişi zamanı qəlpənin dəyməsi nəticəsində İsrail əsgərlərindən biri yaralanıb. Bunun nəticəsində İsrail ordusu top atışı ilə “Həmas”a məxsus iki hədəfi vurub.

İsrail əsgərlərinin Qəzzadakı sülhməramlı “Böyük qayıdış yürüşü” zamanı açdığı atəş nəticəsində yaralanan fələstinlilərin sayı 19-a çıxdı.

Qeyd edək ki, fələstinlilər 2018-ci ilin mart ayının 30-dan bəridir mühasirə altındakı Qəzza zolağının İsrail sərhədində “Böyük qayıdış yürüşü” adı ilə sülhməramlı nümayişlər keçirirlər.



Әlaqәli Xәbәrlәr