Katalonyada etirazlar səngimir

İspaniyanın Katalonya muxtar bölgəsində ali məhkəmənin müstəqillik tərəfdarı olan siyasətçilərə verdiyi qərara qarşı keçirilən etirazların 3-cü günündə təxminən 80 nəfər yaralandı.

1289852

  İspaniya baş naziri Pedro Sançez tərəfindən edilən açıqlamada etirazların üçüncü və ən şiddətli gecəsində 46-sı polis olmaqla 80 nəfərin yaralandığı bildirilib.  

  Etirazlar zamanı nümayişçilərlə polislər arasında çıxan toqquşmalarda 33 nəfər nəzarətə götürülüb.

  Bu vaxta qədər 4 etirazçı “Dövlət qanunlarını pozma” maddəsilə həbs olunub.

  Barselonadakı mitinqlərdə də 10 minlərlə insanın polislə qarşıdurması yaranıb.  

  Nümayişçilərdən bəziləri küçələrdə polislərin qurduğu barrikadaları, maşın və zibil qutularını atəşə verib.

  Etirazçılar "Küçələr hər zaman bizim olacaq!” şüarları atıb.

  Polis etirazlarda nümayişçilərin təhlükəsizlik qüvvələrinə şüşə partlayıcı, daş, butulka atdığını bildirib.

Әlaqәli Xәbәrlәr