Keçmiş kəşfiyyatçısı James Lemesurier İstanbulda ölü tapıldı

Böyük Britaniyanın keçmiş kəşfiyyatçısı James Qustaf Edward Lemesurier İstanbul Beyoğlunda ölü tapıldı.

1304352
Keçmiş kəşfiyyatçısı James Lemesurier İstanbulda ölü tapıldı

Suriyada ‘Ağ Baretlilər’ olaraq bilinən qrupa verdiyi dəstəklə tanınan İngiliz keçmiş kəşfiyyatçının cəsədi gecə yarısında Karaköy Kılıç Əli Paşa Məscidinin yanında tapılıb. Edward Lemesurierin bədənində ağır zərbə izləri və əl –ayaqlarının sındığı təsbit edilib. Polisə görə o hündür bir yerdən düşüb.

İstanbul valisi hadisə ilə bağlı hərtərəfli istintaq başladıb.

Keçmiş İngilis agentinin ölüm səbəbi araşdırmalar nəticəsində aydınlaşacaq.

 



Әlaqәli Xәbәrlәr