Kolumbiya xalqı mükafata layiq görüldü

Kolombiya xalqı demokratiya və hüququn aliliyinə bağlılığı ilə əlaqədar Beynəlxalq Hüquqçular Birliyi (WJA) tərəfindən Dünya Sülh və Azadlıq Mükafatına layiq görülüb

1743197
Kolumbiya xalqı mükafata layiq görüldü

 

  Kolombiya xalqı demokratiya və hüququn aliliyinə bağlılığı ilə əlaqədar Beynəlxalq Hüquqçular Birliyi (WJA) tərəfindən Dünya Sülh və Azadlıq Mükafatına layiq görülüb.

  Kolumbiyanın Barrankilye (Barranquilla) şəhərində təşkil edilən 27-ci Bienal Konqresinin bağlanış mərasimində İspaniya Kralı VI Felipe Kolumbiya xalqına onun ölkə başçısı İvan Dukeyə (İvan Duque) Dünya Sülh və Azadlıq Mükafatını təqdim edib.

  Amerika Hüquqşünaslar Birliyinin sabiq sədri Hillari Bas (Hilarie Bass) mükafat mərasimində etdiyi çıxışında Kolumbiyanın Latın Amerikası ölkələri içində demokratiya və ifadə azadlığı baxımından nümunə ölkə olduğunu vurğulayaraq “Kolumbiya yalnız bölgədə deyil, bütün dünya xalqları arasında demokratiyanın müvəffəqiyyətli bir nümunəsidir" deyib.

  Kolumbiya prezidenti İ.Duke də xalqına verilən dəyərə və mükafata görə minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr