Koronavirusdan sağalanların sayı 2 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 300 mini, virusa yoluxanların sayı 6 milyonu vә epidemiyadan sağalanların sayı da 2 milyonu keçib.

1425980
Koronavirusdan sağalanların sayı 2 milyonu keçib

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 300 mini, virusa yoluxanların sayı 6 milyonu vә epidemiyadan sağalanların sayı da 2 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus sәbәbindәn vәfat edәnlәrin sayı 1 milyonu keçib. Nyu Yorkta yeni növ koronavirus epidemiyasına yoluxan insanların sayının açıqlanan rәsmi rәqәmlәrdәn on dәfә çox ola bilәcәyi bildirilib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә isә koronavirus qurbanlarının sayı 38 mini, infeksiyaya yoluxanların sayı da 271 mini keçib.

İtaliyada yeni növ koronavirus epidemiyası sәbәbindәn hәyatını itirәnlәrin sayı 33  minә yüksәlib, virusa yoluxanların sayı da 46 min 175-ә  enib.

Fransada koronavirus qurbanlarının sayı 28 mini keçib. Ölkәdә virusa daha 597  adamın yoluxması ilә tutulanların sayı 224 min 70-ә yüksәlib.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 2 artaraq 27 min 121-ә, infeksiyaya yoluxanların sayı da 658 artaraq 238 min 564-ә yüksәlib.

Argentinada koronavirus qurbanlarının sayı 510-a, infeksiyaya tutulanların sayı isә 14 min 702-yә çatıb. Ölkәdә koronavirusla bağlı görülәn tәdbirlәrin müddәti iyunun7-dәk uzadılıb.

Meksikada koronavirusdan hәyatını itirәnlәrin sayı 371-ә, virusa yoluxanların sayı da 9 min 415-ә çatıb.

Braziliyada koronavirusdan vәfat edәnlәrin sayı 27 min 944-ә yüksәlib.

Kanadanın Alberta әyalәtindәki dini mәkanların yenidәn açılması ilә ilk cümә namazı qılınıb.



Әlaqәli Xәbәrlәr