Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1388868
Koronavirusla bağlı Qərbin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  42 min olub, virusa yoluxanların sayı 859 minə  yaxınlaşır. Sağalanların sayı isə 176 min olub.
İtaliyada "Covid-19"dan ölənlərin sayı son 24 saatda 837 artaraq 12 min 428-ə çatıb. 
Xəstə sayının 77 min 635-ə çatdığı ölkədə virusla mübarizədə ön cəbhədə olan daha 3 həkimin virusadan dünyasını dəyişdiyi bildirilib. Epidemiya başladığı gündən İtaliyada virusdan 66 həkim ölüb. İtaliya Ali Sağlamlıq İnstitutunun sədri Silvio Brusaferro COVİD-19 epidemiyasında yeni yoluxma hallarının sürətindəki əyrinin düz bir istiqamətə doğru getdiyini söyləyib və bunun görülən tədbirlər sayəsində olduğunu söyləyib.

İspaniyada koronavirusdan ölənlərin sayı son 24 saatda 864 artaraq 9 min 53-ə çatıb, virusun yoluxduğu insan sayı sayı isə 100 mini keçib.
"Covid-19" səbəbiylə ölənlərin sayının bir gündə 499 artaraq 3 min 553-ə çatdığı Fransada virusa yoluxanların sayı 52 min 128 olub.
İngiltərədə koronavirusdan ölənlərin sayı bir gündə 393 artaraq 801-ə çatıb, sağlamlıq problemi olmadığı bildirilən 13 yaşlı İsmayıl Məhəmməd Abdulvahab koronavirusun ən gənc qurbanı olub. 
Bu arada baş nazir Boris Conson hər bir ailəyə göndərdiyi məktubda epidemiyada "vəziyyət yaxşılaşmadan əvvəl daha da pisləşəcəyini" qeyd etmişdi. Milli tibb direktoru professor Stiven Povis ölkədə ölümlərin 20 mindən aşağı olmasının "yaxşı bir nəticə" olacağını söyləmişdi.
İnfeksiya səbəbiylə 43 nəfərin öldüyü Yunanıstanda qaçqınlar arasında ilk yoluxma faktı qeydə alınıb. İki gün əvvəl paytaxt Afinadakı bir xəstəxanada doğuş edən bir qaçqın qadının "Covid-19" testinin müsbət olduğu bildirilib.

Avstraliyada xəstəlikdən ölənlərin sayı 20-yə, yoluxanların sayı 4 min 800-ə çatıb.

Belçikada koronavirusdan ölənlərin sayı 123 artaraq 828 olub, virusun yoluxduğu insan sayı sayı isə 1189 nəfər artaraq 13 min 964 olub.

Ölkədə virusa tutulanların ümumi sayının 212 min olduğu ABŞ-da yeni növ koronavirus nəticəsində ölənlərin sayı son 12 saatda 730 artaraq 3 min 900-ə çatıb. 
Beləliklə ABŞ epidemiyanın başlanğıc nöqtəsi olan Çini geridə qoydu və təxminən 3300 nəfərin öldüyünü elan etdi. Ölkədə virusa yoluxanların sayı 24 min 425 artaraq 189 min 35-ə çatdı. Prezident Donald Tramp ölkəsində koronavirusun baş qaldırması ilə əlaqədar olaraq, "Növbəti 2 həftə çox çətin olacaq" deyə xəbərdarlıq etdi. 
Bu arada, USS Teodore Roosevelt təyyarə gəmisinin kapitanı Brett Krozier ABŞ Hərbi Dəniz Donanmasına məktub ünvanladı və göyərtədəki bütün personalın quruya çıxarılması və karantinə alınması üçün kömək istədi. 100-dən çox əsgərin virusa tutulduğunu bildirən gəminin kapitanı "Döyüş gəmisinin unikal məhdudiyyətləri səbəbindən karantin və sosial məsafəyə əməl edələ bilmir. Bu səbəbdən virus yayılmaqda davam edir" ifadəsini işlədib. 

Kanadada koronavirus epidemiyasında ölənlərin sayı 100, yoluxanların sayı 8 min 490 olub. Epidemiyaya qarşı mübarizədə 24 min əsgər səfərbərliyə çağrıldı.Toronto şəhərində ictimai nəqliyyat işçilərinin 6-da koronavirus aşkar edilib. Bu sahədə 700 işçi karantinə götürülüb. 
Son 24 saat ərzində Dominikan Respublikasında "Covid-19" səbəbiylə həyatını itirənlərin sayı 9-dan 51-ə, infeksiyaya yoluxanların sayı isə 109 minə çatıb.
Cənubi Amerikanın Ekvador ölkəsində epidemiya nəticəsində ölənlərin sayı son 24 saatda 13 artaraq 75-ə olub. Virusun yoluxduğu insan sayı isə 2 min 240-a çatıb.
Kubada epidemiya səbəbindən ölənlərin sayı 6-ya, 186 nəfərdə isə virus aşkarlanıb.

Salvadorda ilk ölüm faktının qeydə alındığı açıqlanıb. Xəstənin ABŞ-dan ölkəyə gedən 60 yaşındakı bir qadının olduğu bildirildi. El Salvadorda koronavirus indiyə qədər 32 nəfərdə aşkarlanıb.

202 nəfərin öldüyü, 5 min 812 yoluxma faktının qeydə alındığı Braziliyanın Rio-de-Janeyro şəhərindəki Maracana stanionu  "Covid-19" xəstələrin müalicə olunacağıı 400 yataqlı xəstəxanaya çevriləcək.
Dünyada təsirli olan və  ölüm hallarının artmaqda davam etdiyi koronavirus epidemiyası ilə əlaqədar yaxşı xəbərlər də var.
Hollandiyada koronavirusla bağlı müalicə alan 101 yaşlı  xəstə sağalıbı və evə buraxılıb. Digər tərəfdən, ölkədə epidemiya səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 134 artaraq 173 minə, hadisələrin sayı 13 min 614-ə çıxıb.  
Bəzi Avropa ölkələrində həyatını itirənlərin və virusun yoluxduğu insan sayı belədir:
Polşada ölənlərin sayı 35, yoluxanların sayı 2 min 347, Albaniya ölənlərin sayı15, virusun yoluxduğu insan sayı 259, Litvada 8 nəfər həyatını itirib, daşıyıcıyların sayı 581, Sloveniya 15 nəfər ölüb, yoluxanların  sayı 841, Estoniya 4 nəfər ölüb, yoluxanların  sayı 779, Bosniya və Herseqovina nəfər ölüb, yoluxanların  sayı Bolqarıstan 8 nəfər ölüb, yoluxanların  sayı 412, Çernoqoriya 2 nəfər ölüb, yoluxanların  sayı 120, Norveç 39 nəfər ölüb, yoluxanların  sayı 4 min 651 , Serbiya 23 nəfər ölüb, yoluxanların  sayı 900, Xorvatiya 15 nəfər ölüb, yoluxanların  sayı 867, Şimali Makedoniya 9 nəfər ölüb, yoluxanların  sayı 329, Kosovo 1 nəfər ölüb, yoluxanların  sayı 112, Macarıstan 20 nəfər ölüb, yoluxanların  sayı 525, Finlandiya 17 nəfər ölüb, yoluxanların  sayı min 418, Rumıniya 85 nəfər ölüb, yoluxanların  sayı 2 min 245, Danimarka 90 nəfər ölüb, yoluxanların  sayı 2 min 860, İsveç 180 /nəfər ölüb, yoluxanların  sayı 4 min 435, Çexiya 32 nəfər ölüb, yoluxanların  sayı 3 min 330 nəfərdir.

 



Әlaqәli Xәbәrlәr