Koronavirusla bağlı Şərqin vəziyyəti

Koronavirusdan (Covid-19) dünya üzrə həyat itkisi 42, yoluxma sayı 859 mini keçib.

1388948
Koronavirusla bağlı Şərqin vəziyyəti

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı 41 min olub,  virusa yoluxanların sayı 840 minə  yaxınlaşır. Sağalanların sayı isə 176 min olub.

Son 24 saatda İranda yeni koronavirus səbəbiylə həyatını itirənlərin sayı 138 artaraq 3 min 36 nəfərə çatıb.
24 nəfərin öldüyü Rusiyada virusa tutulanların sayı 2 min 777 olub, hökumət karantin qaydalarını pozanlara mesaj göndərməklə məlumat verir. Epidemiyanın yayılmasının qarşısını almaq üçün ölkənin 27 fərqli bölgəsində komendant saatları elan edilib.

Ukraynada Səhiyyə Nazirliyi daha 4 nəfərin ölümü ilə ölənlərin sayının 17-yə, virusa tutulanların sayının 120 artaraq 669-a çatdığını açıqlayıb. Açıqlamada 10 xəstənin isə sağaldığı bildirilib.
Belarusda yeni növ koronavirus (Covid-19) səbəbiylə 75 yaşlı teatr aktyoru həyatını itirib. 152 yoluxma faktı qeydə alınan ölkədə keçən həftə prezident Aleksandr Lukaşenko "Covid-19"a qarşı sərt tədbirlərə etiraz edərək verdiyi açıqlamada belə demişdi: "Dizlərinizin üzərində oturmaqdansa ayağınızın üzərində ölmək daha yaxşıdır. Burada virus yoxdur".

Moldovada səhiyyə, əmək və sosial müdafiə naziri Viorika Dumbravyanu daha iki nəfərin də həlak olması ilə ölənlərin sayının 4-ə çıxdığını bildirib. Dumbravyanu daha 55 nəfərdə epidemiyanın aşkarlanması ilə xəstə sayının 353 olduğunu qeyd edib.
Qazaxıstanda 3 nəfər virusdan ölüb, virusa yoluxanların sayı 29 nəfər artaraq 369-a çatıb.

Qırğızıstanda epidemiyaya yoluxanların sayı 111 olub.
Epidemiya səbəbindən 2 nəfərin öldüyü Özbəkistanda virusa yoluxanların sayı 6 nəfər artaraq artaraq 173-ə çatıb. Daha bir nəfərin sağalması ilə xəstəlikdən sağalanların sayı 8 olub.
Yeni növ koronavirusun aşkarlanmadığı Türkmənistanda tədbirlər artırılır. Yerli KİV-lərin verdiyi məlumata görə, ölkə daxilində bölgələrarası nəqliyyat və beynəlxalq reyslər dayandırılıb idman oyunları, sərgilər, matçlar və konsertlər ləğv edilib. Orta təhsil müəssisələri üçün tətil müddəti 6 aprelə qədər uzadılıb.
Virus səbəbiylə 3 nəfərin öldüyü Ermənistanda 30 xəstə sağalıb. Virusa yoluxanların sayı isə 39 artaraq 571 nəfərə çatıb.
Həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunduğu Gürcüstanda virusa yoluxanların sayı 3 nəfər artaraq 115-ə çatıb. Sağalan xəstə sayı isə 22-dir. 

Qəzza zolağında da 12 nəfərdə virus aşkarlanıb.
İraqda yeni növ koronavirus səbəbindən ölənlərin sayı 50-yə, yoluxanların sayı 694-ə çıxıb.
Fələstində epidemiyaya yoluxanların zayı 134 olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi yeni növ koronavirus təhlükəsi səbəbindən İsrail həbsxanalarında fələstinli məhbus sayının azaldılmasını tövsiyə edib.

İsraildə koronavirus nəticəsində ölənlərin sayı 20-yə, virusa yoluxanların sayı isə 5 min 358 nəfərə çatıb. 
10 nəfərin öldüyü Tunisdə virusun yoluxduğu insan sayı 394 olub. Ölkə səviyyəsində elan edilən və aprelin 4-də başa çatacaq ümumi karantinin aprelin 19-dək uzadılması qərara alınıb.

Mərakeşdə 638, Küveytdə 317 və Livanda 479 nəfər koronavirusa yoluxub.
İlk ölüm faktının qeydə alındığı Omanda virusa tutulanların sayı 210 olaraq açıqlanıb.
Pakistanda həyatını itirənlərin sayı 26 nəfərə, virusa yoluxanların sayı isə 2 min 42 nəfərə çıxıb.
Mavritaniyada yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların sayının isə 6 olduğu açıqlanıb.
Seneqalda Fransa futbol komandası "Olimpiya Marseli"nin keçmiş prezidentlərindən biri olan 68 yaşlı Pape Diouf koronavirusdan ölən ilk insan olub. Ölkədəki son məlumatlara görə, 190yoluxma faktı qeydə alınıb. 45 xəstə isə sağalıb.
Sudanda "Covid-19" epidemiyasından 2 nəfər ölüb, yoluxanların sayı 7-yə çatıb.
Malidə 2 adamın həyatını itirdiyi və 28 nəfərdə virus aşkarlandığı bildirilib.
Virusdan ölənlərin sayının 8 nəfər olduğu Konqo Demokratik Respublikasında yoluxanların sayının 98 nəfərə çatdığı açıqlanıb.

Qvineya Respublikasında virusdan ölənlərin sayı 1, yoluxanların sayı isə 30, Qanada 5 nəfər ölüb, 196 nəfərdə isə virus aşkarlanıb. Nigeriyada 2 iki ölüm faktı qeydə alınıb, 151 nəfər isə dünyasını dəyişib.

Konqo Xalq Respublikasında ilk ölüm faktı qeydə alınıb.  Neft şəhəri olan Point-Noiredə iki nəfər ölüb. 22 yoluxma faktının qeydə alındığı ölkədə görülən tədbirlər çərçivəsində 30 günlük qismən komendant saatı həyata keçirilib.
Burundidə Tanzaniya vasitəsilə ölkəyə gedən və koronavirus simptomlarını göstərən 5 nəfər üzərində keçirilən testlərdən ikisinin nəticələri müsbət çıxıb.
Kamerunda "Covid-19"a görə 6 nəfər həlak olub. Xaricdən qayıdan və otellərdə karantinə qoyulan 94 sərnişinin 51-də testin nəticəsi müsbət çıxıb. Ölkədə ümumi yoluxma faktı 199 olub.

Həyatını itirənlərin sayının 45 olduğu Malayziyada virusa tutulanların sayı 2 min 908 olub.
 Ötən ay elan edilmiş və aprelin 14-dək davam edəcək qısmi komendant saatının əhatə dairəsi genişləndirilib. Buna görə, supermarketlər, restoran və kafelər artıq 08:00-20:00 arasında açıq ola biləcək.
İndoneziyada virus səbəbindən ölənlərin sayı 157, yoluxanların sayı min 677-yə çatıb. Virus səbəbiylə həyatını itirənlər arasında 11 həkim var.

25 nəfərə koronavirus diaqnozu qoyulduğu Efiopiyada epidemiya səbəbiylə avqust ayında keçiriləcək ümumi seçkilər təxirə salınıb. Seçkilərin nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.
Kot-d'İvuar hökumətinin verdiyi açıqlamada son dövrlər yoluxma halları artdığı üçün ölkədəki dövlət idarələrində göstərilən xidmətlərin minimum səviyyəyə endirildiyi bildirilib. Bu günə qədər ölkədə cəmi 168  yoluxma faktı aşkarlanıb, onlardan  6-sı sağalıb.

Afrikadakı Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin "Twitter" hesabında edilən açıqlamada 49 ölkədə "Covid-19"-a yoluxmuş 196 nəfər ölüb. Qitədə yeni növ koronavirus hadisələrinin sayı 5 min 786-ya çıxıb.
Afrika qitəsində virus olmayan ölkələr Malavi, Komor, Lesoto, San-Tome və Prinsipi və Cənubi Sudan.



Әlaqәli Xәbәrlәr