Liviya ordusu Tripolinin bәzi bölgәlәrini nәzarәtinә keçirib

Liviya ordusu paytaxt Tripolinin cәnubundakı bәzi әhәmiyyәtli bölgәlәri Hafter silahlılarından tәmizlәyib.

1425660
Liviya ordusu Tripolinin bәzi bölgәlәrini nәzarәtinә keçirib



Liviya ordusu paytaxt Tripolinin cәnubundakı bәzi әhәmiyyәtli bölgәlәri Hafter silahlılarından tәmizlәyib.
Mәlumata әsasәn, Vadi Rabi bölgәsindә yaşanan qarşıdurmalar zamanı Hafterә sadiq 20 silahlı zәrәsizlәşdirilib vә silahlılara mәxsus zirәhli texnika mәhv edilib.

Kazirma vә Ehya Әl-Berriyә cәbhәsindәki әhәmiyyәtli bölgәlәr dә silahlılardan tәmizlәnib.

Liviya ordusu qaçan silahlıların torpaq altına yerlәşdirdiyi minaları mәhv etmәyә davam edir.

Hafterә sadiq silahlılar isә mülki vәtәndaşlara qarşı hücumlarını davam etdirir. Hafter silahlılarının paytaxt Tripoliyә tәşkil etdiyi hücum nәticәsindә 2-si uşaq olmaqla 3 nәfәr xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr