Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı olub

ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder Lloyd Ostinin israilli həmkarı Yoav Qallantla telefon əlaqəsi saxladığını bildirib.

2129943
Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə İran və Qəzza məsələsini müzakirə edib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder Lloyd Ostinin israilli həmkarı Yoav Qallantla telefon əlaqəsi saxladığını bildirib.
Patrik Rayder tərəflərin regional təhdidlər və İranın Yaxın Şərqdəki sabitliyi pozan hərəkətləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr