Makron: “Tunis Liviya probleminin həllinə  dair  səylərə qatılmalıdır”

Liviya böhranının həllinə dair təşəbbüsdə tunis də iştirak etməlidir. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

1344092
Makron: “Tunis Liviya probleminin həllinə  dair  səylərə qatılmalıdır”

Tunisin dövlət rəhbərliyi ofisindən yayılan məlumata görə dünən axşam Fransa prezidenti Makron ilə Tunis Prezidenti Kays Səid arasında telefon danışığı olub.

Bildirilib ki, Makron telefon etdiyi Səidə dünə Almaniyata baş tutan Liviya konfransında müzakirə edilən mövzulara dair məlumat verib və Tunisin sammitdə təmsil edilməyəcəyini daha əvvəldən proqnozlaşdırdığını qeyd edib. Açıqlamada həmçinin bildirilib ki, iki lider Liviya  probleminin  həllinə  dair  fəaliyyətlərdə  tunisin də iştirak etməsinin lazım gəldiyi mövzusunda razı qalıb.

Məlumata görə telefon danışığında Prezident Səid Liviya problemin həllinə dəstək məqsədiylə izlənəsi bir yol müəyyənləşdirmək üçün qeyri-hökumət təşkilatları və qəbilə nümayəndələriylə görüşdüyünü bildirib və Liviyadakı vəziyyətdən ən çox zərər çəkən ölkənin Tunis olduğuna, müharibəndən başda təhlükəsizlik olmaqla bütün sahələrin mənfi təsirləndiyinə diqqət çəkib. Berlin konfransına gec dəvət edildikləri səbəbindən qatıla bilmədiklərini sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr