Misirdә silahlı hücum, ölәnlәr var

Bu barәdә Misirin rәsmi MENA xәbәr agentliyi mәlumat yayıb.

1304262
Misirdә silahlı hücum, ölәnlәr var

 

Misirin Kalyubiyә şәhәrindә törәdilәn silahlı hücum nәticәsindә iki tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Misirin rәsmi MENA xәbәr agentliyi mәlumat yayıb. Mәlumatda qeyd olunub ki, Kalyubiyә şәhәrinin Tuh qәsәbәsindә tәhlükәsizlik qüvvәlәrinә silahlı hücum tәşkil edilib. Hücum nәticәsindә iki tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Misirin rәsmi ‘‘Ahbar әl-Yevm’’ qәzetinin yaydığı mәlumatda isә hücumun nәzarәt mәntәqәsinә edildiyi vә tәcavüzkarın saxlanılmadığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr