Nigeriyada terror tәşkilatı Boko Harama ağır zәrbәlәr endirilib

Bu barәdә Nigeriya Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1425655
Nigeriyada terror tәşkilatı Boko Harama ağır zәrbәlәr endirilib

 

Qәrbi Afrika ölkәsi Nigeriyanın şimal-şәrqindә hәyata keçirilәn әmәliyyat nәticәsindә terror tәşkilatı Boko Haramın girov götürdüyü 241 nәfәr azad edilib.Әmәliyyat zamanı 14 terrorçu zәrәsizlәşdirilib.

Bu barәdә Nigeriya Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.Әmәliyyatın Borno әyalәtinin Qamboru bölgәsindә keçirildiyi vurğulanıb. Әmәliyyat zamanı terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma olub.Әmәliyyat nәticәsindә 14 terrorçunun öldürüldüyü vә terrorçulara mәsus çox sayda silah-sursatın әlә keçirildiyi bildirilib. Tәhlükәsizlik qüvvәlәrinin itki vermәdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr