Polşa ilə İsrail arasında gərginlik davam edir

Polşa Baş naziri Mateusz Morawiecki, İsraildə təşkil ediləcǝk "Vişeqrad Qrupu" yığıncağına qatılmamağa qərar verdi.

1147066
Polşa ilə İsrail arasında gərginlik davam edir

Morawieckinin qərarında İsrail Baş naziri Binyamin Netanyahunun "Bəzi Polşalılar Holokost dövründə Nasistlərlə əməkdaşlıq etdilər” sözləri təsirli olub.

İsrail mətbuatının mövzu ilə əlaqəli xəbərinə görə Baş nazir Morawiecki, 18-19 Fevralda Qərbi Qüdsdə, polşa, Çekya, Slovakiya və Macarıstan baş nazirlərinin iştirakı ilə keçiriləcək "Vişeqrad Qrupu" yığıncağına qatılmayacağını həmkarı Netanyahuya telefon edərək bildirib.

Qeyd edək ki, İsrail Baş naziri Netanyahu, 13-14 Fevralda baş tutan "Orta şərqdə Sülh və Təhlükəsizliyin Gələcəyinə Dəstək" mövzulu yığıncağa iştirak etmək üzrə getdiyi Polşanın paytaxtı Varşavada mətbuata müsahibəsində bəzi Polşalıların Nasistlərlə əməkdaşlıq etdiyini irəli sürüb. Onun sözlərinin qəzetlərdə "Polşa xalqı Nasistlərlə əməkdaşlıq etdi" başlığı ilə əks etməsi iki ölkə arasında qərginliyin yaranmasına gətirib çıxardı. Polşa prezidenti Andrzej Duda və Baş nazir Morawiecki, Tvitter hesablarından Netanyahunun sözlərinə sərt reaksiya verdilər. İsrailin Varşava səfiri isə Polşa Xarici İşlər Nazirliyinə çağırılaraq mövzu ilə əlaqəli izahat tələb edildi.

 



Әlaqәli Xәbәrlәr