Polşada parlament seçkilərində Yaroslav Kaçinskinin partiyası qalib gəlib

Polşada  "Qanun və ədalət" (ZiS) partiyası bazar günü keçirilmiş növbəti parlament seçkilərində qələbə qazanıb.

1287534
Polşada parlament seçkilərində Yaroslav Kaçinskinin partiyası qalib gəlib

Polşada  "Qanun və ədalət" (ZiS) partiyası bazar günü keçirilmiş növbəti parlament seçkilərində qələbə qazanıb.

İlkin nəticələrinə görə, partiya Seymdə (parlament aşağı palatası-red) əksəriyyəti saxlayıb.

Sosioloqların hesablamalarına görə, ZiS 43,6% səs qazanıb. Partiya 460 yerdən ibarət olan Seymdə 100 mandat ala bilər. 

Seçkilәrdә  ‘‘Civic’’  Platforması  (PO) 27,4%, Demokratik Sol İttifaqı (SLD) 11,9%, Polşa Kəndli Partiyası (PSL) ilə sağçı Kukiz’ 15 ittifaqı 9,6 %, ifrat sağçı partiyaların bir araya gələrək yaratdığı Konfederasiya (Konfederacja) alyansı isə 6,4 % səs toplayıb.

"Qanun və ədalət" (ZiS) partiyasının sədri Yaroslav Kaçinskinin  seçkilərdən sonra verdiyi açıqlamada deyib: "Çox səs topladıq, amma daha çox səs haqq etdik".

 



Әlaqәli Xәbәrlәr