Polşada prezident seçkilərinin ikinci turu

Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər

1453605
Polşada prezident seçkilərinin ikinci turu

 

  İyulun 12-də Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

  27 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.

  Prezident postu uğrunda hazırkı lider Andjey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparırlar.

  Seçkilərin birinci turu iyunun 28-də keçirilib.

  Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb.

  Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.



Әlaqәli Xәbәrlәr