Əqsa məscidi açılan kimi sağçı yəhudilər yenə hücuma keçdilər

Sağçı yəhudilər işğal altındakı Şərqi Qüdsdə olan, korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar 2 aydan artıqdır bağlı qalan, mayın 31-də yenidən ibadətə açılan Əqsa məscidinə basqın ediblər

1426589
Əqsa məscidi açılan kimi sağçı yəhudilər yenə hücuma keçdilər

 

  Sağçı yəhudilər işğal altındakı Şərqi Qüdsdə olan, korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar 2 aydan artıqdır bağlı qalan, mayın 31-də yenidən ibadətə açılan Əqsa məscidinə basqın ediblər.

  İsrail polisinin himayəsilə 75 yəhudi məscidin cənub-qərbindəki əl-Məğarib (Mərakeş) qapısından Hərəmi-Şərifin həyətinə girib. Əqsa məscidində namaz qılan fələstinlilər təkbir gətirərək hücuma reaksiya verərkən İsrail polisi 4 fələstinlini nəzarətə götürüb.

  Qeyd edək ki, sağçı yəhudilər mayın 30-da ictimai mediadan Məscidi-Əqsaya basqın çağırışları etmişdi.



Әlaqәli Xәbәrlәr