Rumıniyada prezident seçkiləri  keçirildi

Rumıniyada dünən keçirilən prezident seçkilərində namizədlərdən heç biri kifayət qədər səs toplaya bilmədi.

1303917
Rumıniyada prezident seçkiləri  keçirildi

Rumıniya Seçki Komitǝsinin yazılı açıqlamasına görə, siyasi partiyaları təmsil edən, eyni zamanda müstəqil olan 14 namizədin yarışdığı seçkidə seçici fəallığı 47 faiz olub.

Qeyri-rəsmi nəticələrə görə, 18 milyon qeydiyyatlı seçicinin olduğu ölkədə keçirilən seçkinin ilk turunda Milli Liberal Partiyasının namizədi və hazırkı prezident Klaus İohannis 39%, Sosial Demokrat Partiyasının namizədi Viorica Dancila isə 22.5 faiz səs toplayıb.

Namizədlərdən heç biri səs çoxluğu qazanmadığı üçün ən çox səs toplayan iki namizəd arasında noyabrın 24-də seçkilərin ikinci turu keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr