Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyinin mәtbuat katibi İqor Konaşenkov bildirib ki, son iki gündә Ukraynanın Mariupol şәhәrindәki Azovstal zavodu  әrazisindә olan  959 hәrbçi tәslim olub.

1829084
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyinin mәtbuat katibi İqor Konaşenkov bildirib ki, son iki gündә Ukraynanın Mariupol şәhәrindәki Azovstal zavodu  әrazisindә olan  959 hәrbçi tәslim olub.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Mühasirəyə alınan ‘‘Azovstal’’ zavodundakı ukraynalı əsgərlərin vəziyyəti barədə məlumat verən İqor Konaşenkov bildirib ki, zavod ərazisində olan ukraynalı əsgərlər və Azov batalyonu üzvləri təslim olmağa davam edir.

Konaşenkov deyib: ‘‘Bu gün 959 ukraynalı hәrbçi tәslim olub. Xәsarәt alan hәrbçilәr (qondarma) Donetsk Xalq Respublikasındakı Novoazovska xәstәxanasına yerlәşdirilib’’.

Rusiya hәrbçilәrinin Ukraynada hücuma davam etdiyini ifadә edәn İqor Konaşenkov deyib: ‘‘ Bu günәdәk Urayna ordusuna mәxsus 172 təyyarə, 125 helikopter, 927 pilotsuz uçuş aparatı, 311 hava hücumundan müdafiə sistemi, 3 139 tank və zirehli texnika, 389 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1 548 haubitsa və minaatan, 2 997 hərbi texnika məhv edilib’’.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr