Rusiya və Çin BMT-nin atəşkəs qətnaməsinə veto qoyub

Rusiya və Çin BMT-nin Tәhlükәsizlik Şurasının Suriyanın  İdlib şәhәrindә  atəşkəs və beynəlxalq humanitar hüquqa hörmət göstərilməsini nәzәrdә tutan  qәtnamәsinә veto qoyub.

1273146
Rusiya və Çin BMT-nin atəşkəs qətnaməsinə veto qoyub

 

 

Rusiya və Çin BMT-nin Tәhlükәsizlik Şurasının Suriyanın  İdlib şәhәrindә  atəşkəs və beynəlxalq humanitar hüquqa hörmət göstərilməsini nәzәrdә tutan  qәtnamәsinә veto qoyub.

BMT Tәhlükәsizlik Şurasına Almaniya, Küveyt vә Belçika tәrәfindәn tәqdim olunan qәtnamә layihәsi sәsvermәyә çıxarılıb.

Rusiya və Çin Suriyanın  İdlib şәhәrindә  atəşkəs və beynəlxalq humanitar hüquqa hörmət göstərilməsini nәzәrdә tutan qәtnamә layihәsinә  veto qoyub.

ABŞ, Almaniya, Belçika, Küveyt, Fransa, İngiltərə, İndoneziya, Polşa, Peru, Cənubi Afrika, Dominikan Respublikası vә  Fildişi Sahili layihәnin lehinә sәs veriblәr. Ekvatorial Qvineya isə bitərəf qalıb.

Qərb ölkələri  Rusiya və Suriya rejimini mülki vətəndaşları, məktəb və xəstəxanaları hədəf  almaqla günahlandırsalar da, Rusiyanın BMT-dәki daimi nümayəndəsi Vassily Nebenzia bu ittihamları rədd edərək  İdlibdә yalnız terror təşkilatlarına qarşı mübarizə aparıldığını müdafiə edib.

Rusiya ilә Çin təqdim etdiklәri qәtnamә layihəsi ilә atəşkəsin BMT Tәhlükәsizlik Şurasının terror  siyahısındakı təşkilatlara şamil edilmәmәsini tәlәb edib. Rusiyanın tәqdim etdiyi qәtnamә layihәsi lazımi qәdәr sәs toplamadığı üçün qәbul edilmәyib. Qәtnamә layihәsinin lehinә  yalnız Rusiya vә Çin sәs verib. Dörd ölkә isә bitәrәf qalıb.

Qәtnamә layihәsinә dәstәk vermәyәn ölkәlәr bildirib ki,  Rusiya tәrәfindәn tәqdim olunan sәnәddә İdlibdә yaşanan humanitar böhrana yalnız terror qruplaşmalarının sәbәb olduğu vurgulanır.

Suriya rejimi isә İdlibin cәnubundakı kәndlәri artilleriya atәşinә tutmağa davam edir.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında 2018-ci ilin 17 sentyabr tarixindә әldә olunan razılaşmaya baxmayaraq bölgәyә ağır zәrbәlәr endirmәyә davam edib. Rejim qüvvәlәri vә Rusiyanın  “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki әrazilәrә hücumu nәticәsindә 1300-dәn çox insan hәlak olub.

Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyon 42 min dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.



Әlaqәli Xәbәrlәr