Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında virusa yoluxanların sayı 5 milyon 925 mini, sağalanların sayı isə 2 milyon 593 mini keçib.

1425363
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 362 613-dən yuxarıdır. Yoluxma sayı 5 milyon 931 mini, sağalanların sayı isə 2 milyon 595 mini keçib. 

"Covid-19" epidemiyasının baş qaldırdığı Çində son 24 saatda yeni yoluxma və ölüm hadisəsi qeydə alınmayıb, ölkədə indiyədək ölkədə 4 min 634 insan itkisi olub, 82 min 995 yoluxma olub.
58 yeni yoluxmanın aşkarlandığı Cənubi Koreyada Covid-19" səbəbiylə 269 adam ölüb, 11 min 344 adama isə virus yoluxub.

441 insan itkisinin olduğu Səudiyyə Ərəbistanı epidemiya səbəbiylə ümrə və Məscidül-Hərama ziyarət qadağasının pandemiyaya görə davam edəcəyini açıqlayıb. Səudiyyə rəhbərliyi 31 may bazar günündən etibarən Məkkədə "iki mərhələli normallaşdırma planı" nın həyata keçiriləcəyini və 3 həftə davam edəcəyi bildirilən birinci mərhələdə Məkkəyə giriş və çıxışa icazə veriləcəyini və yerli vaxtla saat 06: 00-dan 15: 00-dək küçələrə çıxılmasının sərbəst olacağını açıqlamışdı. Ölkədə virusa yoluxanların sayı 80 min 185-dir.
İnfeksiyadan insan itkisi Misirdə 845, Yəməndə 57, Liviyada 5 nəfərə çıxıb.
15 ölüm faktının qeydə alındığı Bəhreyndə yoluxmaların sayı 75 artaraq 10 min 52'-yə yüksəlib.

Bir sıra digər ölkələrdə insan itkisi belədir:
İran 7 min 677, Hindistan 4 min 711, Çin 4 min 634, Rusiya 4 min 374, İndoneziya 1 496, Pakistan 1 317, Ukrayna 669, Cənubi Afrika 577, Banqladeş 559, Birləşmiş Ərəb Əmirlikləri 258, Belarus 219, Küveyt 185, Qətər 33 və Sinqapur 23".



Әlaqәli Xәbәrlәr