Səudiyyə Ərəbistanı Həcc ziyarətilə əlaqədar açıqlama verdi

Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni növ koronavirus (Covid-19) ilə əlaqədar vəziyyətin necə olacağını gözləməyə çağırdı.

1388816
Səudiyyə Ərəbistanı Həcc ziyarətilə əlaqədar açıqlama verdi

Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni növ koronavirus (Covid-19) ilə əlaqədar vəziyyətin necə olacağını gözləməyə çağırdı.
Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten "El-İhbariyyə" kanalına verdiyi açıqlamada "Səudiyyə Ərəbistanı müsəlmanlardan "Həcc sazişlərini imzalamaq üçün "Covid-19" ilə əlaqədar vəziyyət  daha aydın olanadək gözləmələrini istədi" deyib.
"Səudiyyə Ərəbistanı Ümrəyə gəlib və bir daha ölkələrinə qayıda bilməyən min 200 insana xidmət göstərir və bu mövzuda Səhiyyə Nazirliyi ilə koordanisiyalı şəkildə işləyir" deyə bildirən Benten otellərdə karantində olan ümrəcilərin səhhi vəziyyətlərinin yaxşı olduğunu qeyd edib. 
Nazir onların hansı ölkədən olduğu barədə məlumat verməyib.
Benten Ümrə üçün viza alıb gedə bilməyənlərin pullarını qaytardıqlarını da bildirib.



Әlaqәli Xәbәrlәr