Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin ABŞ-a İsrail dəstəyi

Kral Salman bin Əbdüləziz ölkəsinin ABŞ rəhbərliyinin İsrail və Fələstini bir araya gətirmək və Orta Şərqdə sülhün yaranması uğrundakı səylərini dəstəklədiyini söyləyib.

1496335
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin ABŞ-a İsrail dəstəyi

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ölkəsinin ABŞ rəhbərliyinin İsrail və Fələstini bir araya gətirmək və Orta Şərqdə sülhün yaranması uğrundakı səylərini dəstəklədiyini söyləyib.
Kral Salman bin Əbdüləziz BMT Baş Məclisinin 75-ci sessiyasının ikinci günündə videoformatda etdiyi çıxışında Orta Şərqdə sülhün vacibliyini vurğulayıb.
"ABŞ-ın Fələstin və İsraili danışıqlar masasına gətirmək və ədalətli və əhatəli bir razılaşma ilə Orta Şərqdə sülh əldə etmək səylərini dəstəkləyirik" deyən Kral Salman Liviyadakı böhrana xarici müdaxilələri isə qınadıqlarını bildirib. 
 4 avqustda Beyrut Limanında baş verən partlayışla insani bir fəlakətlə üzləşən Livanda baş verənlərdən Hizbullahı məsul tutan Kral Salman "Livanın təhlükəsizliyi və sabitliyi üçün Hizbullah terror təşkilatı tərksilah edilməlidir" deyib.



Әlaqәli Xәbәrlәr