Salvadorda hərbi təyyarə Sakit okeanda qəzaya uğrayıb

Salvador HHQ məxsus təyyarə qəzasında müdafiə nazirinin oğlu həlak olub

1742486
Salvadorda hərbi təyyarə Sakit okeanda qəzaya uğrayıb

Salvadorda hərbi təyyarənin Sakit okeanda qəzaya uğraması nəticəsində, müdafiə nazirinin oğlu da daxil olmaqla, göyərtəsində olan üç nəfər həyatını itirib.

TRT xarici kivlərərə istinadən xəbər verir ki, xilasedicilər artıq 2 nəfərin cəsədini aşkarlayıb, üçüncü şəxsin dənizdə axtarışları davam etdirilir.

Ölənlərin təyyarənin ekipaj üzvü və müdafiə naziri Frensis Rene Merino Monroyun oğlu Gerardo Merino olduğu təsdiqlənib.

Qəza sahildən təxminən 3 dəniz mili aralıda baş verib və axtarış işlərinə qayıqlar və təyyarələr cəlb edilib.

 


Etiketlәr: #Salvador , #Sakit okean

Әlaqәli Xәbәrlәr