"Sarı jiletlilər" nümayişçiləri şənbə günü yeni aksiyaya dəvət etdilər

Fransa prezidenti Emmanuel Makronun ötən gün verdiyi bəyanat "sarı jiletlilər"i təmin etmədi.

1104884
"Sarı jiletlilər" nümayişçiləri şənbə günü yeni aksiyaya dəvət etdilər

Fransa prezidenti Emmanuel Makonun ötən gün verdiyi bəyanat "sarı jiletlilər"i təmin etmədi.
 
"Sarı jiletlilər" Fransa prezidenti Emmanuel Makronun ötən gün axşam minimum maaşların 100 avro artırılacağı, 2 min avrodan az olan təqaüdlərdə artıq kəsintilərin edilməyəcəyinə dair açıqlamalarının məqbul olmadığını bildirdilər.
 
"Sarı jiletlilər"in sözçülərindən biri Erik Drue (Eric Drouet) Makronun aksiyaların əvvəlindən etibarən onalara ciddi yanaşmadığını söylədi, nümayişçiləri şənbə günü yeni bir aksiyaya dəvət etdi.
 
 Emmanuel Makron  dünən axşam saatlarında "sarı jiletlilər"in etirazları ilə bağlı verdiyi bəyanatda iqtisadi fövqəladə vəziyyət elan edəcəyinin söyləmişdi.
 
 Qeyd edək ki, noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən şiddətli etirazına çevrilib.

Nümayişçilər Fransa prezidenti Emmanuel Makrondan yanacaq vergilərinin azaldılmasını və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər.

Dekabrın 1-də paytaxt Parisin Yelisey çölləri prospekti (Champs-Elysees)  ətrafında minlərlə insanın iştirak etdiyi aksiyada polisin nümayişçilərə sərt müdaxiləsi, küçələrdə maşınların və zibil konteynerlərinin yandırılması, iş yerlərinin talan edilməsi, qısa fasilələrlə səs bombalarının partladılması və alovların yüksəlməsi şəhərdə xaosun yaranmasına səbəb olmuşdu.

Hökumət yanacağın bahalaşmasının 2019-ci il üçün dondurulduğunu açıqlnmış, lakin nümayişçilər bunun kafi olmadığını bildirərək, nümayişləri davam etdirmək qərarına gəlmişdilər.



Әlaqәli Xәbәrlәr