Serbiyada hökumǝt ǝleyhinǝ etiraz aksiyaları keçirilir

Serbiyanın paytaxtı Belqradda yeni növ koronavirus epidemiyası ilǝ mübarizǝ çǝrçivǝsindǝ görülǝn tǝdbirlǝr açıqlandıqdan sonra başlayan etiraz aksiyaları zamanı iğtişaşlar yaşanıb.

1453104

Mǝlumata görǝ, etiraz aksiyaları ölkǝnin müxtǝlif şǝhǝrlǝrindǝ keçirilir.

Belqraddakı milli mǝclis binasının qarşısında toplanan minlǝrlǝ aksiyaçı oradaki polislǝrǝ  vǝ mǝclis binasına şüşǝ atıb.

Etiraz aksiyasını izlǝyǝn mǝtbuat nümayǝndǝlǝrinǝ hücum edǝn aksiyaçılar mǝclis binasının qarşısında mǝşǝl yandırıb.

Etiraz aksiyası zamanı aksiyaçılar arasında baş verǝn qarşıdurma nǝticǝsindǝ bir nümayişçi biçaqla yaralanıb.

Aksiyanı izlǝyǝn Anadolu Agentliyinin fotomüxbiri Milos Miskov da etirazçıların atdığı kǝrpiç parçası nǝticǝsindǝ yaralanıb. Xǝstǝxanaya yerlǝşdirilǝn fotomüxbirin vǝziyyǝtinin stabil olduğu bildirilib.

Mǝlumata görǝ, Novi Sad vǝ Nis şǝhǝrlǝrindǝ dǝ etiraz aksiyaları keçirilib.

Әlaqәli Xәbәrlәr