Sergey Lavrov Astana formatının әhәmiyyәtindәn danışıb

Ruriya xarici işlәr naziri Sergey Lavrov Astana formatının Suriya Konstitusiya Komitәsinin yaradılmasında әhәmiyyәtli rol oynadığını ifadә edib.

1496914
Sergey Lavrov Astana formatının әhәmiyyәtindәn danışıb

 

 

Ruriya xarici işlәr naziri Sergey Lavrov Astana formatının Suriya Konstitusiya Komitәsinin yaradılmasında әhәmiyyәtli rol oynadığını ifadә edib.

Sergey Lavrov Rusiya, İran vә Türkiyәnin Suriya Konstitusiya Komitәsinin fәaliyyәti mәsәlәsindәki әmәkdaşlığını davam etdirdiyini söylәyib.

Lavrov vә İran xarici işlәr naziri Cavad Zәrif paytaxt Moskvada bir araya gәliblәr. Görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edәn Sergey Lavrov Suriya rejimi vә müxalifәt arasında keçirilmәsi planlaşdırılan görüş mәsәlәsindә  Astana formatının suriyalılar arasındakı problemlәrin hәll edilmәsi üçün yaradıldığını xatırladıb.

Astana formatının Suriya Konstitusiya Komitәsinin yaradılmasında әhәmiyyәtli rol oynadığını vurğulayan Sergey Lavrov deyib: ‘‘Rusiya, İran vә Türkiyә Suriya Konstitusiya Komitәsinin fәaliyyәti mәsәlәsindәki әmәkdaşlığını davam etdirir. Bu tәbii bir haldır’’.

İran xarici işlәr naziri Cavad Zәrif isә öz növbәsindә Astana formatının Suriya Konstitusiya Komitәsinin yaradılmasına töhfә verdiyini xatırladıb.

Suriyada  deeskalasiya zonalarının yaradılmasını nәzәrdә tutan Astana formatı 2017-ci ilin may ayında Türkiyә, Rusiya vә İranın imzaladığı müqavilә ilә qüvvәyә minmişdi.

 

 

 



Әlaqәli Xәbәrlәr