Şimali Makedoniyada prezident seçkiləri ikinci mərhələyə qaldı

Şimali Makedoniyada ötən gün keçirilən prezident seçkilərinin qalibi müəyyənləşmədi. Seçkilərin ikinci mərhələdə keçirilməsi barədə qərar qəbul olundu.

1187621
Şimali Makedoniyada prezident seçkiləri ikinci mərhələyə qaldı

 Şimali Makedoniyada ötən gün keçirilən prezident seçkilərinin qalibi müəyyənləşmədi. Seçkilərin ikinci mərhələdə keçirilməsi barədə qərar qəbul olundu.

İkinci mərhələdə Stevo Pendarovskiy və Qordana Silyanovska Davkova ölkənin prezidenti olmaq üçün yarışacaqlar.

  Dövlət Seçki Komissiyasının açıqladığı son məlumatlara görə, seçki qutularının 99,69%-i açılıb.

 Makedoniya Sosial Demokratlar İttifaqının (SDSM) rəhbərliyindəki mövcud hökumət koalisiyası tərəfindən dəstəklənən Stevo Pendarovski səslərin 42,84%-ni, ana müxalifətdəki Daxili Makedon İnqilabçı Təşkilatı-Makedoniya Milli Demokratik İttifaqının (VMRO-DPMNE) rəhbərliyi altında yaradılan ittifaqın dəstəklədiyi Qordana Silyanovska Davkova isə 42,24%-ni toplayıb.

 Alban siyasi partiyalarından Albanlar Üçün İttifaq və BESA Hərəkatı tərəfindən dəstəklənən alban mənşəli namizəd Blerim Reka üçün verilən səslər isə 10,58%-də qaldı.

Verilmiş səslərin 4,34 %-ni etibarsız səslər təşkil etdi.

  Prezident seçkilərinin birinci mərhələsində seçici fəallığı 42% olaraq müəyyən olundu.

  Bu nəticələrə əsasən, mayın 5-də keçiriləcək ikinci mərhələyə Pendarovski ilə Silyanovska Davkova keçdilər.

  Makedoniya konstitusiyasına görə, ikinci mərhələnin etibarlı sayılması seçici fəallığı ən azı 40 % olmalıdır.

 Seçiləcək namizəd ölkə tarixində beşinci prezident olacaq.



Әlaqәli Xәbәrlәr