Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları

Şri-Lankada dünən Pasxa bayramı günündə törədilən silsilə terror aktlarında 2-si Türkiyə vətəndaşı olmaqla xarici ölkə vətəndaşı 35 nəfərin həlak olduğu bildirilib.

1188042

Şri-lankalı səlahiyyətlilər Kochciikadədə St. Anthony, Katanada st-Sebastian və Batticaloadakı Məryəm Ana kilsələri, paytaxt Kolombadakı beş ulduzlu Shangri-La, Cinnamon Qrand və Kingsbury otellərilə yanaşı kənar məhəllələrdəki bir qonaevin və üst körpüdə törədilən 8 ayrı bombalı hücumda həyatını itirənlər arasında 35 xarici ölkə vətəndaşı olduğunu açıqladı.

Şri-Lanka rəsmiləri həyatını itirənlərin şəxsiyyətlərinə dair məlumat vermədikdə, aralarında İngiltərə, Danimarka, Hollandiya, Portuqaliya, Hindistan, Çin, Avtraliya və Türkiyənin də olduğu ölkələr hücumlarda vətəndaşlarınının həyatını itirdiyini təsdiqlədi.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında terror aktlarında Türkiyə vətəndaşı mühəndislər Sərhan Səlçuk  Nariçi və Yiğit Əli Çavuşun həyatını itirdiyini bildirib.

Әlaqәli Xәbәrlәr