Taliban hәrbi hissәyә hücum etdi, 14 әsgәr hәlak oldu

Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1425647
Taliban hәrbi hissәyә hücum etdi, 14 әsgәr hәlak oldu

 

Taliban silahlılarının Әfqanıstanın Paktiya vilayәtindәki hәrbi hissәyә tәşkil etdiyi silahlı hücum nәticәsindә 14 әsgәr hәlak olub.

Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda hücum zamanı 3 әsgәrin dә yaralandığı bildirilib.

Hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә Talibanın çox sayda itki verdiyi vurğulanıb.

Taliban mәsәlә ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr