Taliban qruplaşması hәrbçilәrә hücum etdi, ölәnlәr var

Әfqanıstanda törәdilәn üç ayrı hücum nәticәsindә 8-i tәhlükәsizlik xidmәti әmәkdaşı olmaqla 14 nәfәr hәlak olub.

1453734
Taliban qruplaşması hәrbçilәrә hücum etdi, ölәnlәr var

Әfqanıstanda törәdilәn üç ayrı hücum nәticәsindә 8-i tәhlükәsizlik xidmәti әmәkdaşı olmaqla 14 nәfәr hәlak olub.

Bu barәdә Qәznә Vazliliyinin mәtbuat katibi Vahidullah Cumazadah mәlumat verib. O, Çağatuy qәsәbәsinin Derei Kıyak bölgәsindә yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә 6 dinc sakinin hәlak olduğunu, 8-nin dә yaralandığını deyib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Taliban silahlılarının Daykundi vilayәtini Patu qәsәbәsindәki polis mәntәqәsinә  tәşkil etdiyi silahlı hücumda isә 4 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Daykundi Valiliyinin mәtbuat katibi Abbas Kamyar Band Ziyarәt kәndindәki polis mәntәqәsinә  tәşkil edilәn hücum nәticәsindә 4 nәfәrin dә yaralandığını deyib.

Kaymar hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә 12 silahlının öldürüldüyünü qeyd edib.

Bağlan vilayәtinin Çeşmi Sir bölgәsindә dә Taliban silahlıları ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurmada  4 hәrbçi hәlak olub, 10 hәrbçi dә yaralanıb.

Qarşıdurma zamanı Taliban qruplaşmasının da itki verdiyi bildirilib.

Taliban hücumlarla bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr