Trampın sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair imzaladığı sərəncam

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

1425370
Trampın sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair imzaladığı sərəncam

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

Sərəncamı Ağ Evdə təşkil edilən mərasimdə imzalayan Tramp jurnalistlərə məlumat verib.

Tramp deyib: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

Tramp jurnalistlərin "Twitter" hesabını bağlayıb bağlamayacağına dair sualına cavabən isə bildirib ki, bu ölkədə daha ədalətli mətbuat olsaydı bunu sevərək edərdi, ancaq mətbuat ədalətsiz olduğundan bir çox insana öz fikirlərini sosial şəbəkə vasitəsilə çatdırır.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib. Tramp buna cavab olaraq sosial şəbəkələri nizama salmaqla və ya ümumiyyətlə bağlamaqla hədələyib.



Әlaqәli Xәbәrlәr