"Türkiyə qədər heç bir müttəfiq terror hücumuna məruz qalmayıb", Y.Stoltenberq

NATO-nun baş katibi Yens Stontenberq (Jens Stoltenberq) haqlı təhlükəsizlik narahatlıqları olan Türkiyə qədər heç bir müttəfiqin terror hücumuna məruz qalmadığını dedi.

1287823

  NATO Parlament Assambleyasının (NATO PA) İngiltərənin paytaxtı Londondakı tədbiri zamanı Y.Stoltenberq bildirib:

  “Ötən həftə Türkiyə səfərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüm. Söhbət zamanı “Sülh çeşməsi” hərəkatını da müzakirə etdik.

  Türkiyənin haqlı təhlükəsizlik narahatlıqları var. Başqa heç bir müttəfiq ölkə bu qədər terror hücumuna məruz qalmadı. Heç bir müttəfiq Orta Şərqin şiddət, qeyri-sabitlik və qarışıqlığına məruz qalmadı. Heç bir müttəfiq bu qədər suriyalı qaçqına ev sahibliyi etmədi.

  Orada baş verənləri dərk etməyin yeganə yolu Türkiyənin oynadığı rolu anlamaqdan keçir. Türkiyə NATO üçün çox önəmli dövlətdir. Sadəcə DAEŞ-lə mübarizə deyil, bir çox baxımdan əhəmiyyətlidir. Beynəlxalq koalisiya və NATO müttəfiqləri DAEŞ-i məğlubiyyətə uğratma əməliyyatlarımızda Türkiyədəki infrastruktur və bazalardan istifadə etdi.

  DAEŞ hər hansı bir bölgəni nəzarəti altına ala bilməsə də, varlığı hələ də sürür. Terror təşkilatlarına qarşı birliyin qorunması əhəmiyyətlidir.”

Әlaqәli Xәbәrlәr