Ümumdünya Sәhiyyә Tәşkilatı Yәmәnә tibbi lәvazimat göndәrib

Yәmәnin rәsmi SABA xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Ümumdünya Sәhiyyә Tәşkilatının göndәrdiyi tibbi lәvazimat ölkәnin Sәhiyyә Nazirliyinә tәhvil verilib.

1426056
Ümumdünya Sәhiyyә Tәşkilatı Yәmәnә tibbi lәvazimat göndәrib

 

Ümumdünya Sәhiyyә Tәşkilatı ilә Dünya Әrzaq Proqramının göndәrdiyi 31 ton ağırlığındakı tibbi yardım bağlamaları Yәmәnә çatıb.

Yәmәnin rәsmi SABA xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Ümumdünya Sәhiyyә Tәşkilatının göndәrdiyi tibbi lәvazimat ölkәnin Sәhiyyә Nazirliyinә tәhvil verilib.

Mәlumata görә, ölkәnin Sәhiyyә Nazirliyi  yeni növ koronavirusla mübarizәdә sәhiyyә işçilәrinin vәzifәlәrini yerinә yetirә bilmәsi üçün daha çox yardım göndәrilmәsi ilә әlaqәdar çağırış edib.

Digәr tәrәfdәn Husilәrdәn verilәn mәlumatda  Dünya Әrzaq Proqramının göndәrdiyi tibbi lәvazimatın da paytaxt Sәnaya çatdığı bildirilib.

Yәmәn Koronavirusla Mübarizә üzrә Milli Komitәsi ölkәdә epidemiya qubanlarının sayının 65-ә, infeksiyaya yoluxanların sayının isә 283-ә yüksәldiyini açıqlayıb.

Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn İran tәrәfindәn dәstәklәnәn Husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.



Әlaqәli Xәbәrlәr