Vladimir Putinlə Angela Merkel arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə Ukrayna ilə Azov dənizində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıb.

1104904
Vladimir Putinlə Angela Merkel arasında telefon danışığı olub

 Kremldən verilən yazılı məlumatda Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel  arasında telefon danışığının olduğu bildirilir.

Liderlərin telefon görüşündə Rusiya ilə Ukrayna arasında Azov dənizində yaşanan gərginliyin müzakirə olunduğu qeyd edilir.
 
 Azov dənizi və Qara dənizdə gərginliyin azaldılmasının iki ölkənin də mənfəətinə olduğu mövzusunda fikir birliyi nümayiş etdirən liderlərin Suriya böhranına da toxunduqları deyilir.
 
Məlumata görə, Putin və Merkel  ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çəkilməsi məsələsini də dəyərləndiriblər.



Әlaqәli Xәbәrlәr