Yəməndə tərəflər qoşunların yerdəyişməsi mövzusunda razılığa gəldilər

Yəməndə hökumət və Husilər, qoşunların yerlərinin dəyişdirilməsinin birinci mərhələsi ilə əlaqəli razılığa gəliblər.

1147128
Yəməndə tərəflər qoşunların yerdəyişməsi mövzusunda razılığa gəldilər

BMT-nin rəsmi internet saytında dərc edilmiş bəyanatda bildirilib ki, razılaşma ilə bağlı birgə müşavirə fevralın 16-17-də keçirilib. Yerdəyişmə məsələləri üzrə koordinasiya komitəsinin sədri tərəfindən uzun müddətli, amma konstruktiv müzakirələrdən sonra tərəflər hərbi qüvvələrin qarşılıqlı yerdəyişməsinin birinci mərhələsi üzrə razılaşmaya nail olub.

Qeyd edək ki, ölkədə bir neçə ildir vətəndaş müharibəsi davam edir. Müharibə nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan xəsarət alıb.



Әlaqәli Xәbәrlәr