Yaponiyada “Haqibis” qasırğasına görə mindən çox aviareys ləğv edilib

Ən çox ləğv edilmiş reyslər 12 oktyabra aiddir.

1286633
Yaponiyada “Haqibis” qasırğasına görə mindən çox aviareys ləğv edilib

Yaponiyada mindən çox aviareys ləğv olundu.

Xüsusilə, bir çox reyslər Asiyanın ən böyük hava yollarından biri olan “Japan Airlines” tərəfindən ləğv olunub. Ən çox ləğv edilmiş reyslər 12 oktyabra aiddir.

Yapon dəmir yolu şirkətləri də şənbə günü həm Tokioda, həm də regional istiqamətlərdə qatarları dayandırmaq niyyətindədirlər.

“Haqibis” tayfununun şənbə günü Yaponiyanın şərq sahilinə çatacağı gözlənilir. Meteoroloqlar selin mümkün olması barədə xəbərdarlıq ediblər.



Әlaqәli Xәbәrlәr