Zambiyada Kaundanın xatirəsinə 21 gün matəm elan edilib

Zambiyanın ilk qurucu prezidenti Kennet Deyvid Buçayzya Kaundanın xatirəsinə ölkədə 21 gün matəm elan edilib.

1660618
Zambiyada Kaundanın xatirəsinə 21 gün matəm elan edilib

Zambiya hökuməti bu barədə açıqlama yayıb. Bildirilib ki, bununla əlaqədar dövlət bayrağı endiriləcək.

Açıqlamaya əsasən, Kaunda iyunun 13-dən müalicə olunduğu hərbi hospitalda vəfat edib.

Kennet Deyvid Buçayzya Kaunda 1924-cü il aprelin 28-də Şimali Rodeziyanın Çinsali şəhərində anadan olub. 2021-ci il iyunun 17-də Zambiyada vəfat edib. O, ölkəsinin ilk baş naziri və prezidenti olub. Zambiya 1964-cü ildə Böyük Britaniyanın müstəmləkəsindən qurtulub. Bundan sonra Kaunda 27 il ölkəsini idarə edib. Xalq arasında o, “KK” ləqəbi ilə tanınırdı.

Onu “Afrikanın Qandisi” də adlandırırdılar. 1991-ci ildə Zambiya çoxpartiyalı sistemə keçib. Həmin il keçirilən prezident seçkilərində Kaunda rəqibi Fredrik Çilubaya məğlub olub.

Kaunda Cənubi Afrika ölkələrində ağ azlıqların hakimiyyətinə qarşı mübarizə aparan əsas fiqurlardan biri olub.

 



Әlaqәli Xәbәrlәr