"2020-ci ildə bu rəqəmləri daha irəli daşıyacağıq", B.Albayrak

“Twitter” hesabından 2019-cu ilin noyabr ayına olan sənaye istehsalını dəyərləndirən B.Albayrak bildirib...

1340695
"2020-ci ildə bu rəqəmləri daha irəli daşıyacağıq", B.Albayrak

 

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak iqtisadi prioritetlərin əlavə dəyərli, məşğulluq və ixracata söykənən istehsal olacağını bildirərək "İnşallah, 2020-ci ildə bu rəqəmləri daha irəli daşıyacağıq" deyib.

  “Twitter” hesabından 2019-cu ilin noyabr ayına olan sənaye istehsalını dəyərləndirən B.Albayrak bildirib: “Arzu edilən səviyyəyə addım-addım gedirik”.

  Türkiyə xəzinə və maliyyə naziri mesajına infoqrafik cədvəl də əlavə edərək 2019-cu ilin noyabr ayında sənaye istehsal indeksi, məlumatları, inkişaf prosesləri, real sektorda yaşanan tarazlıqlar və müsbət irəliləyişləri ortaya qoyub. Bu məlumatlara görə, ən aşağı indekslərdən yüksək texnologiya indeksinə qədər ayda 6,8, ildə 17,8 faiz, emalat sənaye indeksi isə aylıq 1,1, illik 5,3 faiz, sərmayə malı indeksi isə aylıq 2,4, illik 7,5 faiz artıb.



Әlaqәli Xәbәrlәr